Fernandeşdən təqdirəlayiq hərəkət

15.11.2024 21:50 318
Dünya futbolu
Bruno Fernandeş təqdirəlayiq hərəkəti ilə diqqəti cəlb edib.

Portuqaliyalı futbolçu təyyarədə huşunu itirən sərnişinə kömək edib. Arzuolunmaz hadisə Mançesterdən Lissabona uçan təyyarədə baş verib. Suzanna Luso adlı sərnişin uçuş zamanı futbolçunun ayaqyoluna getdiyini və qəfildən kömək çağırışı eşitdiklərini bildirib. Orda olanlar Brunonun huşunu itirən bir nəfəri qucağına aldığını görüblər.