"Sabah" Avstriyada ilk oyununa çıxır

29.06.2025 13:27 31
Ölkə futbolu
“Sabah” bu gün Avstriyadakı yay toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, ölkə kubokunun qalibi Sloveniyada Rumıniyanın “Rapid” klubu ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 19.30-da başlayacaq. Bu, komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın "Sabah"da ilk oyunu olacaq.

Qeyd edək ki, "Sabah" 2-ci yoxlama matçını iyulun 3-də Macarıstanın "Pakş" klubuna qarşı keçirəcək.