Mahir Emreliylə bağlı şad xəbər! - bundan sonra bir milyon avro...

23.06.2025 14:59 383
Ölkə futbolu / Aktual
Mahir Emrelinin bazar dəyəri artıb.

“Transfermarkt”ın yaydığı məlumata görə, təcrübəli hücumçunun qiyməti 800 min avrodan 1 milyon avroya yüksəlib.

Xatırladaq ki, həmyerlimizin ən yüksək qiyməti 2021-ci ildə qeydə alınıb. Həmin vaxt Polşa “Legiya”sında çıxış edən futbolçunun dəyəri 2 milyon avro olub.