“Qarabağ”ın Türkiyədəki rəqibləri müəyyənləşdi

3.01.2026 22:35 27
Ölkə futbolu
"Qarabağ"ın qış təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama görüşlərində qarşılaşacağı rəqibləri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi hazırlıq prosesinin ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək. Komanda bu müddət ərzində təlim-məşq toplanışını davam etdirəcək.

Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17.00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18.00-da (Bakı vaxtı ilə 19.00-da) yoxlama görüşləri keçirəcək.

Xatırladaq ki, “köhlən atlar” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq.