“Ramiz Məmmədovun gedişini gözləmirdim” - Roman Hüseynov

25.06.2024 19:30 330
Premyer-liqa / Manşet
Elitaya yüksələn “Şamaxı”da yenidənqurma davam edir.

“Football-plus.az” xəbər verir ki, yeni baş məşqçi Ayxan Abbasov heyəti seçdiyi futbolçulardan formalaşdırmaq istəyir. Bu yaxınlarda “şirlər”dən ayrılan oyunçulardan biri də Roman Hüseynov oldu. Qışda Ramiz Məmmədovun heyətə cəlb etdiyi 26 yaşlı yarımmüdafiəçi hazırda heç bir klubla anlaşmayıb. Romanla əlaqə saxladıq:
“Ramiz Məmmədovun gedişini gözləmirdim. Heç kimdən incikliyim qalmayıb. Amma şans veriləcəyini gözləyirdim, onu da vermədilər. Futboldu, hər şey olur. Lakin məşqçinin qərarıdı. Hazırda danışdığım komandalar var. Təkliflər 1-ci liqadandı. Gözləmə mövqeyindəyəm. Dəvət olsa, legioner həyatı da yaşamaq istəyərəm. Görək necə olur”.


RÖYANƏ OĞUZ