"Sabah" ikinci yoxlama matçında da heç-heçə etdi

4.07.2025 10:52 14
Ölkə futbolu
Avstriyada təlim-məşq toplanışında olan "Sabah" dünən növbəti yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv Macarıstan təmsilçisi “Pakş”la üz-üzə gəlib. Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

"Sabah" ilk yoxlama matçında Rumıniyanın "Rapid" komandası ilə heç-heçə edib - 2:2.

Xatırladaq ki, paytaxt təmsilçisi Avropa Liqasının 1-ci təsnifat mərhələsində Sloveniya təmsilçisi "Selye" ilə üz-üzə gələcək. İlk oyun iyulun 10-da evdə, cavab matçı 17-də səfərdə baş tutacaq.