“Sabah” bu gün növbəti yoxlama matçını keçirəcək

14.01.2024 12:00 229
Premyer-liqa
Antalyada təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün ikinci yoxlama oyununu keçirəcək.

“Football-plus.az” xəbər verir ki, ”bayquşlar” Ukrayna təmsilçisi “Vorskla” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

Qeyd edək ki, “Sabah” bunadək 1 yoxlama matçı keçirib. Komanda Rumıniya “Rapid”inə (Rumıniya) 2:1 hesabı ilə qalib gəlib.