Təlim-məşq toplanışını Avstriyada davam etdirən "Qarabağ" bu gün sonuncu - 4-cü yoxlama matçını keçirəcək.
"Football-plus.az" xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zaltsburq” ilə üz-üzə gələcək.
Görüş Kaprun stadionunda, Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
Xatırladaq ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" Avstriya toplanışını sabah başa vuracaq.