Argentinanı tərk edib Meksikaya yollandı

15.08.2024 16:29 301
Dünya futbolu
Martin Demiçelisin yeni iş yeri məlum olub.

Argentinalı məşqçi Meksikanın “Monterrey” klubuna təyin olunub. 43 yaşlı mütəxəssis ötən ay “River Pleyt”dən istefaya göndərilmişdi. Daha əvvəl “Malaqa”da köməkçi-məşqçi, “Bavariya”nın müxtəlif yaş qruplarından olan komandalarında baş məşqçi kimi çalışan sabiq müdafiəçinin müqaviləsinin detalları açıqlanmayıb.

Demiçelis karyerası ərzində “River Pleyt”, “Bavariya”, “Atletiko”, “Mançester Siti”, “Malaqa” və “Espanyol”da çıxış edib. O, Argentina millsinin heyətində 51 matçda meydana çıxıb.