Rəşad Sadıqovun köməkçisi "Zirə"dən getdi - rəsmi

14.08.2025 16:08 25
Ölkə futbolu
"Zirə” məşqçisi Eltun Yaqublu ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə "qartallar"ın rəsmi səhifəsi məlumat yayıb. 34 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Eltun Yaqublu 2020-ci ildən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun köməkçisi idi.