"Zirə"nin Türkiyədə ilk sınağı

9.07.2025 12:10 13
Ölkə futbolu
"Zirə" Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı çərçivəsində yoxlama matçı keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Rəşad Sadıqovun komandası "Ankara Keçiörengücü" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18.45-də start götürəcək. "Zirə" daha əvvəl Bakıda "Qarabağ"a yoxlama matçında 0:4 uduzub.

Qeyd edək ki, iyulun 17-nə qədər qonşu ölkədə olacaq "Zirə" bu müddətdə daha 3 yoxlama matçı keçirməyi planlaşdırır. Görüşlər 12 və 16 iyul (iki oyun) tarixlərində oynanılacaq. Rəqiblərin kimliyi barədə hələlik açıqlama verilməyib.