"Sumqayıt" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində iyulun 25-də "Fehervar"la qarşılaşacaq.
"Football-plus.az" xəbər verir ki, "kimyaçılar" Macarıstan klubu ilə ev oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməyi planlaşdırırdı. Lakin işlər tərs gedib.
"Sky Sport"un iddiasına görə, klub sözügedən idman qurğusundakı problemləri vaxtında aradan qaldıra bilməyəcəyindən matçın "Kapital Bank Arena"da keçirilməsinə qərar verilib.
Görünür, "gənclik şəhəri"nin təmsilçisi UEFA-nın tələblərini yerinə yetirməkdə ciddi çətinliklə üzləşib. Əlbəttə, bu, avrokuboklardakı təmsilçimiz üçün pis xəbərdi. Çünki "Kapital Bank Arena" cəmi 1400 tamaşaçı tutumuna malikdi ki, bu, "Sumqayıt"ın minlərlə azarkeş dəstəyindən məhrum olması deməkdi!
KƏNAN BAHADIR