London klubunu tərk etdi

22.08.2024 14:00 312
Dünya futbolu
“Lester” heyətini yeni futbolçu ilə gücləndirib.

“Tottenhem”dən Oliver Skipp transfer edilib. Klubun mətbuat xidmətinin məlumatına görə. ingiltərəli yarımmüdafiəçi üçün London klubuna 25 milyon funt sterlinq təzminat ödəniləcək. “Tottenhem” bonus kimi daha 5 milyon funt sterlinq irəli düşə bilər. 23 yaşlı futbolçu yeni klubu ilə müddəti 2029-cu ilin yayına kimi müqavilə imzalayıb.

Oliver “Tottenhem”in yetirməsidi. O, ötən mövsüm komandada 24 matçda meydana çıxıb.