Azər Bağırov və 1-ci liqa? – mütəxəssisdən müsbət cavab

19.06.2025 09:15 613
Aktual / Ölkə futbolu
Mayın 25-də “Kəpəz”in baş məşqçisi vəzifəsindən istefa verən Azər Bağırov hələ işsizdi.

Bu barədə “Football-plus.az”a mütəxəssisin özü məlumat verib. 41 yaşlı çalışdırıcı hansısa təklif almadığını və dincəldiyini bildirib. O, 1-ci liqa klublarından təklif gələcəyi halda müsbət cavablaya biləcəyini istisna etməyib.

Xatırladaq ki, Bağırovun sonuncu iş yeri olan “Kəpəz” 2024/25 mövsümünü 9-cu yerdə başa vurub.

KƏNAN BAHADIR