"Qarabağ"ın rəqibi müəyyənləşdi - ÇL

17.07.2025 08:55 19
Ölkə futbolu
"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

"Football-plus.az" xəbər verir ki, 1-ci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində “Linfild” (Şimali İrlandiya) evdə “Şelburn” (İrlandiya) ilə qarşılaşıb.

"Vindors Park" stadionunda keçirilən matç 1:1 hesablı bərabərliklə başa çatıb. Sözügedən komandalar arasında ilk matç “Şelburn”un 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Buna görə də "Şelburn" 2-ci təsnifat mərhələsində Ağdam təmsilçisinə rəqib olub.

"Linfild" (Şimali İrlandiya) - "Şelburn" (İrlandiya) 1:1
Şields, 45+3 - Kut,26
İlk oyun - 0:1


"Qarabağ" ilk matçını iyulun 23-də səfərdə, cavab görüşünü 30-da Bakıda keçirəcək.