"Qarabağ"ın rəqibi səfərdə xal itirdi

26.09.2023 13:30 222
Dünya futbolu
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Molde" Norveç çempionatında növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, adıçəkilən klub "Stromsqodset"in qonağı olub.

Görüş 1:1 hesabı ilə başa çatıb. “Molde” hazırda 41 xala malikdi və 4-cü pillədədi.

Xatırladaq ki, “Molde” Bakıda “Qarabağ”a uduzmuşdu - 0:1.