Medina niyə ehtiyatda qalır?

26.04.2025 10:55 45
Aktual / Ölkə futbolu
“Qarabağ”ın kolumbiyalı müdafiəçisi Kevin Medina artıq üç oyundu ehtiyat oyunçular skamyasını “isidir”.

Bunun səbəbi nədi? Uzun müddətdi “köhlən atlar”ın əvəzedilməzi olan Kevin indi sağ cinah müdafiəçisi Mateus Silvaya uduzur? Nə baş verir ki, Qurbanov mövsümün son mərhələsində təcrübəli stopperə güvənmir?

Sualların cavabı müəyyən mənada məlumdu. 2027-ci ilin iyununa qədər klubla müqaviləsi olan Medina da digər legionerlər kimi maaşının artırılmasını tələb edir. “Qarabağ” rəhbərliyinin, yaxud Qurban Qurbanovun da bununla razılaşmaması təxminlərdən biridi.Yəqin ki, yaxşı təklif alıb, getmək istəyir. Getməməsi üçün də maaşın artırılması şərtini qoyur. Ağlabatan variant da elə budu. Çünki Kevin Medina kimi müdafiəçinin Bəhlulun, Mateusun əvəzedicisi olmasının başqa inandırıcı səbəbi görünmür. Nə cəzası var, nə də zədəsi ilə bağlı hansısa məlumat.

İndidən növbəti mövsümə hazırlaşan Qurbanov şans verdiyi futbolçulara güvənir. Futbolçular formasından uzaq qalmasın deyə çox vaxt rotasiya etmir. Deməli, Medinanın ehtiyatda qalması rotasiya deyil. Onu da xatırladaq ki, Medina 2020-ci ilin iyulundan Ağdam təmsilçisinin şərəfini qoruyur.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul