"Araz-Naxçıvan" və "Turan Tovuz"un futbolçuları Moldova millisində

29.09.2023 10:31 215
Ölkə futbolu
“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram və “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi Moldova millisinə çağırılıb.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Sergey Kleşenko onlara İsveçlə yoldaşlıq, Avro-2024-ün seçmə mərhələsində isə Polşa ilə oyunlar üçün dəvət göndərib.

Moldova yığması oktyabrın 12-də İsveç, 15-də isə Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, Denis Marandiçi 2020, Kristian Avram isə 2021-ci ildən Moldova millisinə dəvət alır.