“Milan”dan Yunanıstana yollandı

20.08.2025 20:22 6
Dünya futbolu
Davide Kalabriyanın yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Milan”ın sabiq kapitanı İtaliyanı tərk edib. 28 yaşlı müdafiəçi “Panatinaikos”a keçib. Bu barədə Yunanıstan klubunun mətbuat xidmətinin yaydığı məlumatda onunla müddəti 2028-ci ilin yayına qədər razılaşdırılan müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, Kalabriya “Milan”ın yetirməsidi. O, klubun əsas komandasında 2015-ci ildə debüt edib. İtaliyalı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Bolonya”da keçirib. Bu yay “Milan”dan ayrılan futbolçunun qırmızı-qara formada A seriyasında meydana çıxdığı 210 oyuna 9 qol vurduğunu da xatırladaq.