"Qəbələ" legioneri ilə yolları ayırdı

30.08.2024 12:36 301
Ölkə futbolu
“Qəbələ” futbolçusu Zurab Oçiqava ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2023-ci ilin iyulundan "Qəbələ"də çıxış edən Zurab “qırmızı-qara” formada 24 matç keçirib. Ukraynalı futbolçu premyer-liqada 21, ölkə kubokunda 3 oyunda iştirak edib.