"Qəbələ" Utziqlə yolları ayırdı

3.07.2023 12:58 221
Ölkə futbolu
"Qəbələ” futbolçusu Rafael Utziqlə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Cənubi amerikalı legionerin müqaviləsinin müddəti başa çatıb.

2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Utziq üç mövsüm ərzində 94 matç keçirib. O, bu oyunlarda 18 qol vurub.