"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, klub mərakeşli müdafiəçi Maruan Hadudini rənglərinə bağlayıb. Futbolçu ilə 1+1 illik müqavilə bağlanıb. O, "Sabah"da 24 nömrəli formanı geyinəcək.
Maruan karyerası ərzində Mərakeşin "Rasinq Kasablanka", "Berkan", "Difaa" və "Raca Kasablanka" klublarında oynayıb.