Namibiya millisinin üzvü “Şamaxı”da

7.07.2024 15:40 361
Ölkə futbolu
“Şamaxı” heyətini daha bir futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi Lubeni Haukonqo transfer edilib. Namibiya millisinin üzvü olan mərkəz müdafiəçisi ilə bir illik müqavilə imzalanıb. Lubeni son olaraq Cənubi Afrika Respublikasının “Cape Town Spurs” klubunda çıxış edib.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2021-ci ildən Namibiya millisinə dəvət alır.