Millimiz özbəklərə böyük hesabla uduzdu

8.02.2026 17:30 43
Ölkə futbolu
Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət millimiz ikinci yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, millimiz Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, yığmamız ilk yoxlama oyununda 3:2 hesablı qələbə qazanıb.