U-19 millimiz Özbəkistana məğlub oldu

12.10.2025 17:27 6
Ölkə futbolu
Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün ikinci yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki U-19 növbəti dəfə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolu 16-cı dəqiqədə Şahismayıl Cəfərov vurub.

Xatırladaq ki, komandalar arasında oktyabrın 9-da keçirilən ilk matçda 0:0 hesablı heç-heçə qeydə alınıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul