Millimiz Moldovaya böyük hesabla uduzdu

23.03.2025 13:15 9
Ölkə futbolu / Manşet
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimiz ikinci yoxlama görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun Moldova yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 58-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub.

Qeyd edək ki, komandalar arasında martın 19-da keçirilən ilk yoxlama matçı 0:0 hesablı heç-heçə başa çatıb.