"Sabah mütləq qalib gəlmək istəyirik" - Estoniya millisinin futbolçusu

10.10.2024 15:08 331
Yığma / Manşet
"Bura azarkeşlərin ən çox qalib gələcəyimizi gözlədikləri yerdi. Komanda olaraq sabah mütləq qalib gəlmək istəyirik. Bu, həm də bazar ertəsi İsveçlə qarşılaşma üçün bizə yaxşı motivasiya verərdi".

"Football-plus.az" xəbər verir ki, bu sözləri Estoniya millisinin futbolçusu Mattias Kayt Millətlər Liqasının 3-cü turunda millimizlə oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Əvvəlki oyunları da xatırladan Kayt bu dəfə daha yaxşı oynayacaqlarını bildirib:

"Düşünürəm ki, səfərdə oynadığımız (1:1) zaman ilk hissəni biz çox yaxşı çıxış etmişdik. Sabah da bu cür davam etməliyik. Keçən il evdə (0:2) o qədər də yaxşı oynamamışıq. Bunu dəyişib qalib gəlməliyik. Bunun üçün çalışırıq".

Qeyd edək ki, oktyabrın 11-də Tallində keçiriləcək Estoniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.