"Sabah ən optimal heyətlə mübarizə aparacağıq" - Maksim Medvedev

2.06.2022 16:22 515
Ölkə futbolu
UEFA Millətlər Liqası çərçivəsində sabah keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu öncəsi Azərbaycan milli komandasının mətbuat konfransı təşkil olunub.

"Football-plus.az" saytının məlumatına görə, yığmanın kapitanı Maksim Medvedev komandanın vəziyyəti ilə bağlı bunları deyib:

“Komandada əhval-ruhiyyə yaxşıdı. Mövsüm başa çatıb, bütün diqqətimizi milli komandaya yönəltmişik. Yeni mövsüm başlayır, rəqiblərimiz analiz etmişik. Zəif və güclü tərəflərini bilirik. Son 2 gündə oyuna hazırlıq prossesi gedir. Bu gün sonuncu məşqimizdı. Sabah ən optimal heyətlə mübarizə aparacağıq. İnanıram ki, komanda yoldaşlarım sabah ən yaxşı tərəfdən özlərini göstərəcəklər, “vuruşacaqlar”. Klublarımızdakı son oyunlardan xeyli vaxt keçib. İstirahət etmək üçün yetərincə vaxtımız olub. Baş məşqçimiz də bunu nəzərə alaraq oyunçuları yüksək tempdə saxlayıb və son iki gündəki məşq sırf oyuna hazırlıq xarakteri daşıyıb”.