"Şahdağ Qusar" baş məşqçi və köməkçiləri ilə yolları ayırdı

26.05.2026 11:17 88
Ölkə futbolu
1-ci liqada mübarizə aparan "Şahdağ Qusar" baş məşqçisi Elnur Abdullayevlə, köməkçiləri Babək Allahverdiyev və Əlimirzə Daşzərini ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, mütəxəssislərlə başa çatan müqavilənin müddəti uzadılmayıb.

"Şahdağ Qusar" 1-ci liqanın 2025/26 mövsümünü 43 xalla 5-ci pillədə tamamlayıb.