"Şahdağ Qusar"da yeni baş məşqçi

5.09.2025 15:20 45
Ölkə futbolu
1-ci liqanın debütantı "Şahdağ Qusar"a yeni baş məqşçi təyin edilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Millimizin sabiq futbolçusu Elnur Abdullayev bu vəzifəyə gətirilib. Mehman Səfərov və Əlimirzə Daşzərini onun köməkçiləri kimi fəaliyyətə başlayacaqlar.

Xatırladaq ki, "Şahdağ Qusar" ötən mövsüm 2-ci liqanın qalibi olub.