Nəhayət, Leonardo Bonuççi özünə yeni komanda tapıb. “Yuventus”un transferə çıxardığı müdafiəçi karyerasını Almaniyada davam etdirəcək.
İnsayder Nikolo Skiranın yaydığı məlumata görə, AÇ-2020-nin qalibi “Union”a keçib. Berlin klubu 36 yaşlı futbolçunun xidmətində maraqlı idi. Skira Bonuççinin berlinlilərlə imzaladığı müqavilənin müddətinin cari mövsümün sonuna qədər nəzərdə tutulduğunu da bildirib. Qeyd edək ki, “Union” bu mövsüm Almaniyanı Çempionlar Liqasında təmsil edəcək.