Sabiq “Çelsi”li vəfat etdi

5.12.2025 11:26 10
Dünya futbolu
“Çelsi”nin və İngiltərə U-23 yığmasının keçmiş futbolçusu Marvin Hinton dünyasını dəyişib.

"Football-plus.az" xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb. Sabiq müdafiəçi 85 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Marvin Hinton paytaxt komandasında 1963-76-cı illərdə çıxış edib.