Dünya çempionu əməliyyat olundu

4.02.2026 11:59
İdman
Yunan-Roma güləşi üzrə millimizin üzvü, dünya və Avropa çempionu Ülvü Qənizadə əməliyyat edilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Çiyin nahiyyəsindən uğurlu əməliyyat keçirən güləşçimiz 1 ay sonra fərdi, 3 ay sonra isə kollektiv məşqlərə qoşula biləcək.

Bildirilib ki, Qənizadə 4-6 ay sonra yarışlarda iştirak edə bilər.