Almaniyanın 2-ci bundesliqasında 29-cu turun oyunları davam edir.
"Football-plus.az" xəbər verir ki, Mahir Emrelinin komandası “Nürnberq” səfərdə “Kayzerslautern”lə qarşılaşıb.
Həmyerlimiz də bu oyunun iştirakçısı olub. O, uzun fasilədən sonra start heyətində yer alıb və 87-ci dəqiqədə Yanni Serra ilə əvəzlənib.
Mahir ilk "11-liy"ə qayıdışını qolla qeyd edib. O, 68-ci dəqiqədə komandasının ikinci qolunu vurub. Emreli Yulian Yustvanın ötürməsini qola çevirib. Bununla da o, hazırkı klubunun heyətində 20-ci oyunda 5-ci qolunu vurub. Mahir “Nürnberq”in heyətində sonuncu dəfə ötən il noyabrın 3-də “Hamburq”la matçda fərqlənmişdi.
Matç “Nürnberq”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə sayəsində xallarının sayını 44-ə çatdıran “Nürnberq” 7-ci pilləyə yüksəlib. 2 xal çox toplayan “Kayzerslautern” isə 5-ci pillədə qərarlaşıb.