Sərxan Hacıyev Tovuz və Gəncədə hansı məsələləri müzakirə edib?

28.05.2022 15:30 625
Ölkə futbolu
AFFA-nın baş katibi Sərxan Hacıyev “Turan Tovuz” akedemiyasına yollanıb.

"Football-plus.az" xəbər verir ki, o, Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi ilə bağlı görülən işlərlə tanış olub. Hacıyev burdan sonra AFFA-nın təsis olunmasının 30 illiyi münasibəti ilə Gəncədə baş tutan futbol festivalına qatılıb. Gəncə şəhər stadionunda keçirilən tədbirdə 11-12 yaşlı uşaqların iştirakı ilə mini-turniri təşkil olunub. Yarışda iştirak edən komandaların hər bir üzvünə AFFA tərəfindən hədiyyələr verilib. Tədbirdə Regional Futbol Federasiayaları İctiami Birliyinin prezidenti İsgəndər Cavadov və futbol ictimaiyyətinin başqa nümayəndələri də olub.

Sərxan Hacıyevin növbəti mövsümdən premyer-liqada çıxış edəcək “Turan Tovuz” və “Kəpəz”in rəsmiləriylə görüşü maraq doğurmaya bilməz. Bu üzdən təfərrüatı öyrənmək üçün hər iki klubun icraçı direktoru ilə danışmağı lazım bildik.

İlqar Nadiri (Kəpəz):

“Bildiyiniz kimi, Gəncədə AFFA-nın yaradılmasının 30 illiyi ilə bağlı tədbir keçirildi. Sərxan bəy də bunun üçün bura gəlmişdi. Xüsusi bir müzakirə olmadı. Əsasən akedimyada gedən işlərlə tanış oldular. Stadionumuzun bərpası gündəmdədi. Baş katib də bu məsələnin qısa zamanda həll olmasını istəyir. Futbolun İnkişaf Fondu ilə də müntəzəm görüşürük. Hələ ki danışıqlar davam edir. Bu məsələ ilə bağlı yenilik olarsa, ictimaiyyətə məlumat verəcəyik”.


Nadir Nəbiyev (Turan Tovuz):

“Sərxan müəllim ilk dəfə Tovuza səfər edirdi. Stadionumuzda süni örtük dəyişdirilir. Sərxan bəy arenanın vəziyyəti ilə tanış oldu. Ümumilikdə görülən işlərlə maraqlandı. Başqa ciddi məsələ müzakirə olunmadı”.


SƏNƏM FƏRHADOVA