Zamiq Əliyevin formasını geydiyi “Eqnatiya” Albaniya çempionu olub.
"Football-plus.az" xəbər verir ki, Əliyevin komandası sonuncu turda “Dinamo”nu (Tirana) 2:0 hesabı ilə məğlub edib.
Həmvətənimiz meydana start heyətində çıxıb və fasilədə əvəzlənib.
“Eqnatiya” ardıcıl üçüncü dəfə çempion olub.