Zamiqin komandası oynadı

22.12.2024 10:31 272
Dünya futbolu
Albaniya çempionatında 19-cu turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə “Dinamo”ya (Tirana) uduzub - 1:2. Həmyerlimiz meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Bu nəticədən sonra “Eqnatiya” 30 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.