Milli Qazaxıstanla qarşılaşacaq

31.05.2026 12:49 32
Ölkə futbolu
Minifutbol millimizin AÇ-2026-nın 1/8 finalındakı rəqibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Elşad Quliyevin baş məşqçilik etdiyi komanda Qazaxıstanla qarşılaşacaq. Görüş sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.

Millimiz F qrupunda bütün matçlarda qalib gələrək 9 xalla lider olub.