“Barsa” əfsanəsi ilə vidalaşdı

12.05.2023 16:24 269
Dünya futbolu
"Barselona" mövsümün sonunda futbolçusu Serxio Busketslə yolları ayıracağını açıqlayıb. Kataloniya təmsilçisi bu haqda rəsmi “tvitter” hesabında paylaşım edib.

"Football-pluis.az" xəbər verir ki, paylaşımda "Barsa" əfsanəsi ilə vidalaşır" yazılıb.

2008-ci ildən əsas komandada çıxış edən Serxio Buskets 721 matçda iştirak edib, 18 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb. 35 yaşlı kapitan bu müddət ərzində 3 dəfə UEFA Çempionlar Liqasının, eyni sayda klublararası dünya çempionatının və UEFA Superkubokunun, 8 dəfə İspaniya La Liqasının, 7 dəfə isə ölkə kubokunun və Superkubokunun qalibi olub.