Almaniyadan İspaniyaya qayıdacaq

30.04.2025 18:46 10
Dünya futbolu
Artıq Karlo Ançelottinin “Real”dakı aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubu mövsümün sonunda baş məşqçi ilə yolları ayıracaq.

Fabritsio Romano Madrid klubunun yeni baş məşqçisinin Xabi Alonso olacağını da qeyd edib. Tanınmış insayder “Bayer-04”dən mövsümün sonunda ayrılacaq ispaniyalı mütəxəssisin “Real”la razılığa gəldiyini də bildirib.

Qeyd edək ki, Alonso 2009-14-cü illərdə futbolçu kimi “Real”da çıxış edib. O, 2018/19 mövsümündə bu komandada köməkçi-məşqçi kimi də çalışıb.