Türkiyənin superliqa təmsilçisi “Eyüpspor”da çıxış edən Taşkın İltər millimizdən dəvət gözləyir.
Bu barədə “Football-plus.az”a futbolçu özü məlumat verib. 31 yaşlı yarımmüdafiəçinin açıqlaması:
“Azərbaycan millisində çıxış etməyə aşağı yaş kateqoriyalarında başladım. U-19 və U-21 yığmalarında forma geyəndən sonra əsas yığmaya dəvət edildim. Bu komandada üç oyunda heyətdə yer aldım. O vaxt baş məşqçi Berti Foqts idi. Onun millidən ayrılmasından sonra kollektivlə əlaqələrim kəsildi. Uzun müddət gözləsəm də, dəvət edilmədim. 2-3 il əvvəl eşitdim ki, Azərbaycanda məni izləyirlər. Hazırda superliqada forma geyirəm. Açığı, bu mövsüm də xəbər gözləyirdim. Ancaq çağırmadılar”.
Xatırladaq ki, İltər 2013-cü ildə Azərbaycan yığmasında debüt edib. O, cari “futbol ili”ndə superliqada 22 matçda forma geyib.
KƏNAN BAHADIR