Dante “Nitsa”nın formasını bundan sonra da daşıyacaq.
“Football-plus.az” xəbər verir ki, təcrübəli müdafiəçisi və kapitan Fransa klubu ilə müqaviləsini yeniləyib.
Klubun rəsmi saytının yaydığı xəbərə görə, 40 yaşlı futbolçu ilə müddəti 2025-ci il iyunun 30-a qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb. Dante “Nitsa”da 2016-cı ildən çıxış edir. O, yenicə başa çatan mövsümdə ölkə çempionatında və Fransa kubokunda ümumilikdə 35 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.