Kapitan "Şəki"ni tərk etdi

16.01.2026 15:51 21
İdman
“Şəki” ABŞ-li basketbolçusu Samir Styuartla yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, komandanın kapitanı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Ayrılığa səbəb oyunçunun Azərbaycan Basketbol Liqasının üçüncü dövrəsində baş tutmuş NTD ilə matçında ciddi zədə almasıdı. Basketbolçu zədəsinin müalicəsinə vətəni ABŞ-də davam edəcək.