• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bayer-04” tarixi mövsümü məğlubiyyətsiz tamamladı! - TURUN ŞƏRHİ

Dünya futbolu

19-05-2024, 22:0

Bundesliqada son tur məhsuldar alındı və qapılara 38 qol vuruldu.

“Football-plus.az” xəbər verir ki, yeri gəlmişkən, bu mövsüm bundesliqada hər oyuna orta hesabla 3,22 qol vuruldu. Yəni son 37 ilin ən məhsuldar mövsümünü geridə qoyduq. Sonuncu dəfə orta hesabla bundan daha çox (3,24) qol 1986/87-də vurulmuşdu.

Son həftələrdə heç-heçə xəstəliyinə tutulan “Leyptsiq” mövsümü Frankfurt səfərində bərabərliklə başa vurdu. Şeşkonun ardıcıl 7-ci turda fərqlənməsi diqqəti çəkdi. Sloveniyalı forvard bunu 20 yaş 353 günlüyündə bacardı və turnirin tarixində ardıcıl 7 oyunda qol vuran ən gənc futbolçuya çevrildi! Bu göstəricidə əvvəlki rekordu (22 yaş 322 gün) 1983-də Rudi Föller müəyyənləşdirmişdi. “Haydenhaym” önündə darmadağın olan “Köln” beşillik fasilkədən sonra elitanı tərk etdi. Komanda zatən qalib gəlsəydi də bu aqibətlə üzləşəcəkdi. Çünki “Union” son saniyələrdə vurduğu qolla “Frayburq”u məğlub etdi. Bu dramatik qələbə paytaxt təmsilçisinə həm də 15-ci pilləyə yüksəlməyə imkan verdi. Pley-off zonasına, yəni 16-cı pilləyə isə “Verder” önündə darmadağın olan “Bohum” yuvarlandı. Beləliklə, gələn, mövsüm elitada çıxış etmək uğrunda pley-off qarşılaşmasında “Bohum” ilə 2-ci bundesliqanı 3-cü pillədə başa vuran “Fortuna” üz-üzə gələcək.

ÇL-in finalçısı Dortmund “Borussiya”sı mövsümü asan qələbə ilə tamamladı. “Arılar” mövsümün ən zəif komandası “Darmştadt”ı 4 cavabsız qolla “yola saldılar”. Roys komandasının heyətində sonuncu bundesliqa matçında əla təsir bağışladı. Təcrübəli futbolçu əvvəlcə hesabına məhsuldar ötürmə yazdısa, çox keçmədən cərimə zərbəsindən mükəmməl qol vurdu. “Sarı divar”ın tribunada onun üçün yaratdığı performansı görməyə dəyərdi. Roys bundesliqada 391-ci oyunda yaxından iştirak etdiyi qolların sayını 251-ə çatdırdı (156 qol, 95 məhsuldar ötürmə). O, turnirdə debüt etdiyi 2009-un avqustundan bu yana bu göstəricidə yalnız 2 futbolçudan – Tomas Müller (318) və Robert Levandovskidən (367) geri qalır. “Bavariya” kabus kimi keçən mövsümün son oyununda da əsil kabus yaşadı. Komanda Zinshaymda fasiləyə öndə yollansa da, ikinci hissədə pərən-pərən düşdü. Müller münhenlilərin heyətində 473-cü bundesliqa matçına çıxmaqla bu göstəricidə klub tarixində ilk pillədə qərarlaşan Zepp Mayerin rekordunu təkrarladı. Bu məğlubiyyət üzündən “Bavariya” hətta 3-cü pilləyə gerilədi. Çünki “Ştutqart” parlaq keçirdiyi mövsümü parlaq qələbə ilə tamamladı. Şvabiyalılar Münhenqladbax “Borussiya”sına futbol dərsi keçdilər. Aktivinə daha 2 top yazan Girassi mövsümü 28 qolla tamamladı və bombardirlər yarışında yalnız Keyndən geri qaldı. Girassi həm də mövsümdə 12-ci dəfə hesabı 1:0 edən qolu vurmaqla Ştefan Kisslinq (2012/13), Aylton (2003/04) və Herd Müllerə (1969/70) məxsus rekordu təkrarladı. Yeri gəlmişkən, ötən mövsümü 16-cı pillədə başa vuran “Ştutqart” bu dəfə 14 pillə irəliləyərək gümüş medalların sahibi oldu. Bu, həm də turnirin rekordunun təkrar olnması deməkdi. Daha öncə əvvəlki mövsümlə müqayisədə 14 pillə irəliləməyi yalnız “Verder” bacarmışdı. “Musiqiçilər” 1966/67-də 16-cı, 1967/68-də isə 2-ci olmuşdular. Bu statistikada ardıcıl iki mövsüm əsas götürülür. Almaniya futbolunun yeni kralı “Bayer-04” son turu fanatları önündə qələbə ilə başa vurdu. Komanda mövsümü 90 xalla tamamladı. Bu, turnirin tarixinin 2-ci ən yaxşı göstəricisidi. Yalnız 2012/13-də “Bavariya” bundan daha çox (91) xal toplayıb. Bundan başqa “Bayer-04” 34 turun 33-də qol vurmağı bacardı. Onlar yalnız 19-cu turda Münhenqladbax “Borussiya”sının qapısına yol tapa bilmədilər (0:0).

34-cü tur
Hoffenhaym – Bavariya 4:2
Bayer, 8. Kramariç, 68; 85; 87 – Tel, 4. Devis, 6. (30150)
Bavariya: Noyer, Kimmix, De Liqt, Dayer, Upamekano, Devis, Laymer, Pavloviç (Zvonarek, 35), Müller, Qoretska, Tel (Saraqosa, 81).

Bayer-04 – Auqsburq 2:1
Bonifas, 12. Andrix, 27 – Mərt Kömür, 62. (30210)
Bayer-04: Qradetski, Frimponq (Stanişiç, 82), Kossunu, Ta, Tapsoba, Qrimaldo (İnkapye, 70), Andrix, Palasios (Caka, 70), Hofmann, Adli (Virts, 63), Bonifas (Şik, 63).

Borussiya D – Darmştadt 4:0
Maatsen, 30. Roys, 38. Brandt, 72. Malen, 88. (81365)
Borussiya: Kobel, Ryuyerson (Volf , 73), Hummels, Şlotterbek, Maatsen, Zabitser, Əmrə Can, Roys (F.Nmeça, 82), Sanço (Bayno-Gittens, 73), Adeyemi (Malen, 61), Füllkruq (Brandt, 61).

Ayntraxt F – Leyptsiq 2:2
Ekitike, 60. Marmuş, 77-p. – Simons, 42-p. Şeşko, 46. (57500)
Leyptsiq: Blasvix, Klostermann, Orban, Lukeba, Henrixs (Bitşiabu, 90), Zayvald, Aydara (Kampl, 90), Elmas (Baumqartner, 74), Simons (Norbye, 90+12), Şeşko (Jatta, 90+12), Openda.

Ştutqart – Borussiya M 4:0
Girassi, 23; 31. Çon Vu Yon, 75. Katompa Mvumpa, 83. (60058)
Ştutqart: Nübel, Levelinq (Ştensel, 57), Anton, İto (Ruo, 80), Mittelştadt, Ştiller, Karazor (Çon Vu Yon, 57), Miyo, Fürix (Katompa Mvumpa, 57), Dəniz Undav, Girassi (Haraquçi, 85).

Union – Frayburq 2:1
Hollerbax, 68. Haberer, 90+2 – Doan, 85. (22012)

Verder – Bohum 4:1
Fridl, 6. Yunq, 78. Staqe, 80. Şmid, 87 – Antvi-Acei, 85. (42100)

Volfsburq – Maynts-05 1:3
Paredes, 18 – Qruda, 24. Van den Berq, 71. Burkardt, 85. (26627)

Haydenhaym – Köln 4:1
Ərən Dinkçi, 16; 22. Sessa, 36. Beste, 78 – Tiqqes, 64. (15000)

Yekun cədvəl
1. Bayer-04 34 28 6 0 89-24 90
2. Ştutqart 34 23 4 7 78-39 73
3. Bavariya 34 23 3 8 94-45 72
4. Leyptsiq 34 19 8 7 77-39 65
5. Borussiya D 34 18 9 7 68-43 63
6. Ayntraxt F 34 11 14 9 51-50 47
7. Hoffenhaym 34 13 7 14 66-66 46
8. Haydenhaym 34 10 12 12 50-55 42
9. Verder 34 11 9 14 48-54 42
10. Frayburq 34 11 9 14 45-58 42
11. Auqsburq 34 10 9 15 50-60 39
12. Volfsburq 34 10 7 17 41-56 37
13. Maynts-05 34 7 14 13 39-51 35
14. Borussiya M 34 7 13 14 56-67 34
15. Union 34 9 6 19 33-58 33
16. Bohum 34 7 12 15 42-74 33
17. Köln 34 5 12 17 28-60 27
18. Darmştadt 34 3 8 23 30-86 17
Bombardirlər: Keyn (Bavariya) – 36, Girassi (Ştutqart) – 28, Openda (Leyptsiq) – 24, Dəniz Undav (Ştutqart) – 18.

Turun rəqəmi
1 – “Bayer-04” dillərə dastan olacaq bir mövsümü geridə qoydu. 34 turu 28 qələbə, 6 heç-heçə ilə başa vuran Leverkuzen təmsilçisi bundesliqa tarixində bir mövsümü uduzmadan tamamlayan ilk komanda oldu! Qeyd edək ki, XXI əsrdə “böyük beşlik”də “Bayer-04”ə qədər cəmi iki dəfə belə hal baş vermişdi. “Arsenal” 2003/04-də premyer-liqanı, “Yuventus” isə 2010/11-də A seriyasını məğlubiyyətsiz tamamlamışdı.

Turun ulduzu
Andrey Kramariç (Hoffenhaym) – “Bavariya” hər nə qədər motivasiyasız olsa da, münhenlilərlə oyunda het-trik etmək “hər oğulun işi deyil”. Kramariç bu tur bunu bacardı. Özü də təcrübəli xorvatiyalı forvard 3 qolu 21 dəqiqəyə sığışdırdı. “Hoffenhaym”da 9-cu mövsümünü keçirən Kramariç bundesliqada ümumilikdə 4-cu dəfə bir oyunca ən azı 3 qol vurdu.

Turun sitatı
Manuel Noyer, “Bavariya”nın kapitanı:

“Bu oyun sanki bütün mövsümün qısa icmalı oldu. Yenə çox qeyri-sabit oynadıq. Təəssüf ki, ikinci pilləni də əldən verdik. Hər birimiz üçün çox çətin bir mövsüm alındı. Bütün uğursuzluqları unudub hər şeyə sıfırdan başlamalıyıq. Çünki belə davam edə bilməz. Bu nəticələrdə hər birimizin günahı var. “Bavariya” artıq başqa üzünü göstərməlidi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

17-05-2023, 21:0

“Bavariya” və “Borussiya” rəqiblərini “kötəklədi” - TURUN ŞƏRHİ

Dünya futbolu

14-05-2024, 18:0

“Bayer-04”ün seriyası davam etdi, ÇL-in finalçısı darmadağın oldu - TURUN ŞƏRHİ

Dünya futbolu

30-04-2024, 18:0

“Bayer-04” XXI əsrdə Avropa rekordunu yenilədi! - TURUN ŞƏRHİ

Dünya futbolu

6-09-2023, 19:0

“Haydenhaym” elitada ilk xalını Dortmundda qazandı! - TURUN ŞƏRHİ

Dünya futbolu

16-04-2024, 19:0

“Bayer-04” bundesliqanın yeni çempionudu! - TURUN İCMALI

Aktual
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
Son xəbərlər
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
  • Dünən, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Dünən, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Dünən, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Dünən, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Dünən, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Dünən, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Dünən, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Dünən, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Dünən, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Dünən, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Dünən, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • 18-05-2026, 23:0
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • 18-05-2026, 23:0
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • 18-05-2026, 22:0
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • 18-05-2026, 21:0
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 234
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə