"Qəbələ"nin legionerindən yubiley

5.09.2022 21:40 367
Premyer-liqa
“Qəbələ”nin futbolçusu İsnik Alimi Premyer Liqada 10-cu qolunu vurub.

Şimali makedoniyalı yarımmüdafiəçinin yubiley topu Misli premyer-liqasının 5-ci turuna təsadüf edib. 28 yaşlı legioner “Zirə” ilə səfər matçında (1:2) penalti zərbəsi ilə hesabı açıb.

Bu, İsnikin cari mövsümdə 5-ci oyunda ikinci qolu olub. O, ötən çempionatın 27 qarşılaşmasında 8 dəfə fərqlənib. Ümumilikdə isə balkanlı yarımmüdafiəçi 10-cu qolunu 32-ci matçında vurub. Penalti zərbələrini dəqiq yerinə yetirməsi ilə seçilən Alimi 6 dəfə 11 metrlik nöqtədən fərqlənib.

O, “Qəbələ”nin heyətində Premyer Liqada 10 və daha çox qol vuran 18-ci futbolçudu. İsnik buna nail olan 12-ci legionerdi.