Abdullah Zubir "Qarabağ"da yubiley qoluna imza atdı

11.12.2023 10:52 217
Premyer-liqa
Abdullah Zubir “Qarabağ” klubunda 50-ci qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, yubiley Misli premyer-liqasının 16-cı turuna təsadüf edib.

32 yaşlı yarımmüdafiəçi “Sumqayıt”la səfər matçında qol sevinci yaşayıb.

Fransalı oyunçu Ağdam klubunda 236-cı oyununda 50-ci qolunu vurub. O, Premyer Liqada 38, ölkə kubokunda 1, avrokuboklarda 11 dəfə fərqlənib.

Fransalı legionerin ilk qolu debüt etdiyi 2018/19 mövsümündə qeydə alınıb. O, 2018-ci il sentyabrın 23-də “Qəbələ” ilə ev matçında (4:1) iki qola imza atıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul