Ramalinqom 20-yə Şamaxıda çatdı

1.12.2025 10:14 9
Ölkə futbolu
“Sumqayıt”ın futbolçusu Aleksandr Ramalinqom Misli premyer-liqasında 20-ci qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, onun yubileyi 13-cü tura təsadüf edib.

32 yaşlı fransalı hücumçu “Şamaxı” ilə səfər görüşündə fərqlənib. Ramalinqom “Səbail”də 15, “Sumqayıt”da 5 dəfə fərqlənib. O, 20-ci qoluna 47-ci matçında imza atıb.

Aleksandr turnirin tarixində ən azı 20 qol vuran 173-cü futbolçudu.. O, qol sayında Bəxtiyar Soltanov, Ruslan Musayev, Şamil Əhmədov, Cəfər Əliyev, Məhəmməd Qurbanov, Julius Vobay və Leonid Kalfaya çatıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul