Çempionat matçı niyə dayandırıldı?

12.05.2026 14:11 69
Dünya futbolu
Niderland çempionatında 33-cü turun bir oyunu sona çatmayıb.

"Football-plus.az" xəbər verir ki, “Breda” – “Herenven” matçı meydan sahiblərinin azarkeşlərinin törətdikləri iğtişaşlara görə yarımçıq qalıb. Fanatlar meydana pirotexniki vasitələr atıblar. İlk insident 62-ci dəqiqədə “Breda” 1:0 hesabı ilə öndə olarkən yaşanıb və hakim oyunu müvəqqəti dayandırıb.
Matç bərpa olunduqdan sonra Boy Kemper hesabı 2:0-a çatdırsa da, 82-ci dəqiqədə tribunadan yenidən pirotexniki vasitələr atılıb. Bundan sonra hakim matçı birdəfəlik dayandırıb.

Qeyd edək ki, azarkeşlər oyundan əvvəl baş məşqçi Karl Hufkens və texniki direktor Peter Maasın istefasını tələb edən pankartlar açıblar. Stadiondakı digər azarkeşlər isə iğtişaş yaradan fanat qruplarına etiraz ediblər.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul