Ozancanın komandası qalib gəldi

9.11.2025 13:19 9
Dünya futbolu
Niderland çempionatında 12-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Ozancan Kökçünün çıxış etdiyi “Volendam” "Breda"nı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Kökçü meydana 69-cu dəqiqədə - hesab 1:1 olarkən çıxıb.

Bu nəticədən sonra “Volendam” 14 xalla 13-cü pillədə qərarlaşıb.