AFFA-dan cəza və cərimələr

14.05.2025 16:30 8
Ölkə futbolu
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda Misli premyer-liqasının 34-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Sabah” – “Şamaxı” oyununda əsasnamənin tələbləri pozulduğuna görə “Sabah” 500 manat cərimə edilib.

“Kəpəz” – “Sumqayıt” görüşündə “Kəpəz”in 6 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib. Həmin oyunda Gəncə təmsilçisinin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə klub 1000 manat cərimə edilib. Bu matç bitdikdən sonra “Kəpəz”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimələnib.

Eyni qarşılaşmanın 89-cu dəqiqəsində “Sumqayıt”ın 94 nömrəli oyunçusu Rəşad Əzizli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalandırılıb, klubu 3000 manat cərimə edilib.

Sözügedən görüşün 89-cu dəqiqəsində “Sumqayıt”ın 6 nömrəli oyunçusu Vüqar Mustafayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “gənclik şəhəri” təmsilçisi 3000 manat cərimə edilib.